Logo

"Biz Paşinyandan bu açıqlamanı gözləyirik, desin ki..." - ŞƏRT

"Biz Paşinyandan bu açıqlamanı gözləyirik, desin ki..." - ŞƏRT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Biz Paşinyandan Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı açıqlama gözləyirik".

Sfera.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, poltiloq Elxan Şahinoğlu deyib. Politoloq Nikol Paşinyanın bundan əvvəl də oxşar çıxışlar etdiyini bildirib:

"Paşinyan son açıqlamasında dostluqdan, sülhdən, regional əməkdaşlıqdan, sərhədlərin müəyyənləşməsindən və nəqliyyat dəhlizlərinin açılması vacibliyindən danışıb. Paşinyanın sözlərinə aldanmayaq. O yeni heç nə deməyib. Paşinyan müharibədən bir neçə ay sonra da oxşar fikirləri söyləmiş, ancaq az sonra ritorikasını dəyişmişdi. Paşinyanın açıqlamalarına yox, atdığı və atacağı addımlara baxmaq lazımdır. Biz ondan "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” açıqlamasını gözləyirik - əsas budur".

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib. Hökumət iclası zamanı Paşinyan Ermənistanın Azərbaycanla yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə hazır olduğunu bildirərək, Ermənistan tərəfinin konkret təkliflər gözlədiyini qeyd edib.

Əzizə Zeynal

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR