Logo

“Yota” ştammı gəlir - Daha sürətlə öldürür

“Yota” ştammı gəlir - Daha sürətlə öldürür
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusun yeni "Yota” ştammı (B.1.526) barədə mühüm məlumatlar açıqlanıb.

Sfera.az xəbər verir ki, amerikalı alimlərin apardıqları araşdırmalar bu ştammın letallıq dərəcəsinin 80%-dən çox ola biləcəyini göstərib.

Araşdırma zamanı 2020-ci ilin noyabrından 2021-ci ilin aprel ayı ərzində Nyu-Yorkun tibb müəssisələrində əldə edilmiş epidemioloji məlumatlar təhlil edilib. Təhlillər B.1.526 ştammının ilə digər variantlarla müqayisədə 15-25% daha sürətlə ötürüldüyünü deməyə əsas verib. Həmçinin, bu ştamm yoluxmuş şəxsin yaşından asılı olaraq infeksiyadan ölüm nisbətini yarım dəfə artırır.

"Yota" ştammı ilk dəfə 2020-ci ilin noyabr ayında Nyu-Yorkda aşkarlanıb. Daha sonra Amerikanın bütün ştatlarında aşkarlanan ştamm hazırda dünyanın 27 ölkəsində yayılıb.

Aysel

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR