Logo

Türkiyəli məşhurlardan yanğın yerlərində otel tikənlərə ETİRAZ

Türkiyəli məşhurlardan yanğın yerlərində otel tikənlərə ETİRAZ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli məşhurlar yanğın yerlərində tikiləcəyi iddia edilən otellərlə bağlı etirazlar səsləndiriblər.

Sfera.az bildirir ki, bu sırada aktrisa Burcu Biricik və müğənni Kənan Doğulu da yer alıb. Belə ki, Biricik sosial şəbəkə hesabında paylaşım edərək sözügedən otellərdə qalmayacağını vurğulayıb.

"Yanan meşə ərazilərində inşa ediləcək hər hansı otelə, obyektə addımımı belə atmayacam. Necə ki, bundan əvvəlkilərə getməmişəm. Balıq yaddaşlı olub 2 gündən sonra o otelləri pulla təmin etmək olmaz”, - deyə aktrisa qeyd edib.

Müğənni Kənan Doğulu da oxşar fikirlər bildirib:

"Bu günə qədər yanğın ərazisində tikilən yerdən konsert təklifini rədd etdiyim kimi, bundan sonra da həmin ərazilərdəki obyektlərdə mahnı ifa etməyəcəyimə söz verirəm”.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR