Logo

Daha bir məmur saxlanıldı - Azərbaycanlıdan rüşvət alıb

Daha bir məmur saxlanıldı - Azərbaycanlıdan rüşvət alıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə regional bölməsinin baş mütəxəssisi saxlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs elektro şok aparatından istifadə etməklə qanunsuz balıq ovlanması üçün Azərbaycan vətəndaşından 1000 lari məbləğində rüşvət alıb.

Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək həbs cəzası gözləyir./ report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR