Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya veribmiş - VİDEO

Azərbaycan 12 xalı Britaniyaya deyil, Ukraynaya veribmiş - VİDEO
Kateqoriya məlum deyil
T
"Biz 12 xalı münsif heyəti olaraq, Ukraynaya vermişdik. Lakin texniki səbəbdən müsabiqənin gedişatında canlıya qoşula bilmədik və bizim 12 səs Ukraynaya verilmədi”.
 
Sfera.az xəbər verir ki, bunu "Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanın münsiflər heyətinin səsini açıqlamalı olan jurnalist Nərmin Salmanova İctimai TV-nin canlı yayımında deyib.
 
N. Salmanova vurğulayıb ki, canlı bağlantıya qoşulmamağın səbəbi onların tərəfindən deyil, təşkilatçıların ucbatından olub.

Qeyd edək ki, 66-cı "Eurovision” mahnı müsabiqəsinin qalibi Ukraynanın "Kalush” qrupu olub. Azərbaycan təmsilçisi Nadir Rüstəmli isə 106 xal toplayaraq 16-cı yeri tutub.



 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR