Logo

Azərbaycanda 2 qanun ləğv edilir

Azərbaycanda 2 qanun ləğv edilir
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanda iki qanun ləğv edilir.

Sfera.az xəbər verir ki, "İcbari sığortalar haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.

Layihənin qeyd hissəsində bildirilir ki, "Tibbi sığorta haqqında” qanunda "İcbari sığortalar haqqında” və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir.

"Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.

Sənəd Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR