Logo

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: 2 ölü, 5 yaralı

Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: 2 ölü, 5 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qobustandakı qəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı-Şamaxı yolunun 90-cı kilometrində "Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşması nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacı Şahmar oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mikroavtobusun sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR