Logo

"İrşad Electronics” ittihamlara cavab verdi: şirkət rəsmisi Sfera.az-a danışdı

"İrşad Electronics” ittihamlara cavab verdi: şirkət rəsmisi Sfera.az-a danışdı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ölkəmizdə elektrotexnika avadanlıqlarının satışı ilə məşğul olan "İrşad Electronics”-in fəaliyyəti ilə bağlı zaman-zaman müştərilər öz iradlarını bildirib.

Belə ki,"İrşad Electronics”də müştərilərin aldadılması son zamanlar adi hal alıb. Necə deyərlər, müştərilərin aldadılması artıq "İrşad Electronics”in biznes meyarına çevrilib. Təsadüfi deyil ki, şirkətin yarıtmaz fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə də narazılıq səsləri ucalmaqdadır.

Sfera.az-ın məlumatına görə, tanınmış jurnalist Natiq Muxtarlı "İrşad Electronics” şirkətinin müştəriləri necə aldatması ilə bağlı ststus yazıb. Həmin statusu olduğu kimi təqdim edirik:

"Deməli, "İrşad Electronics”dən zəmanətlə telefon almışıq. 3 aydan sonra telefonda problem yaranıb. Müraciət etmişik, telefonu qəbul ediblər və bildiriblər ki, 4-14 gün müddətində təmir olunacaq, ya da yenisi ilə əvəzlənəcək. Düz 14 gündən sonra çağırırlar və sökülüb-dağılmış vəziyyətdə olan telefonu göstərib deyirlər ki, telefon fiziki zədəyə məruz qalıb, 120 manat verin, təmir edək. Bayram günlərində əsəblərim "İrşad Electronics”in əməkdaşları ilə söhbətdə xeyli pozuldu. Və bu söhbətlərdə əmin oldum ki, bu şirkətin bütün işçiləri – rəhbərindən tutmuş, ustasına qədər dələduzluqla məşğuldurlar”.

Tanınmış jurnalist Natiq Muxtarlının "İrşad Electronics” şirkətinə qarşı ittihamlarına isə şirkətin Marketinq şöbəsinin rəhbəri Elnur Kərimov cavablandırıb. Şirkət rəsmisi jurnalistin ittihamlarının əsassız olduğunu bildirib:" Bizi bütün müştərilərimizə xüsusi sevgi ilə yanaşırıq. Dəyərli müştərilərimizin iradlarını anında həll etməyə çalışırıq. Jurnalist Natiq Muxtarlının şikayətinə gəldikdə isə, bu ittihamlar əsassızdır. Çünki jurnalistin təqdim etdiyi  telefonun zəmanət müddəti bitib və bu telefon istifadəçinin günahı üzündən zədələnib. Şirkətin ekspertiza şöbəsi telefonu zədələndiyini aşkar edib. Biz bununla bağlı akt tərtib etmişik. "

"İrşad Electronics” ittihamlara cavab verdi: şirkət rəsmisi Sfera.az-a danışdı
"İrşad Electronics” ittihamlara cavab verdi: şirkət rəsmisi Sfera.az-a danışdı
"İrşad Electronics” ittihamlara cavab verdi: şirkət rəsmisi Sfera.az-a danışdı

Orxan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR