Google özünə 1 milyard dollarlıq bina tikir
Kateqoriya məlum deyil
Dünyanın ən məçhur axtarış sistemi olan "Google” şirkəti New Yorkda özünə yeni bina tikmək qərarəna gəlib.
Sfera.az xəbər verir ki, şirkət yeni ofisin tikintisinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu barədə şirkətin maliyyə direktoru Rut Porat bildirib.
Ümumi sahəsi təxminən 160 min kvadratmetr olan iki binanın inşa ediləcəyini deyən maliyyə direktoru tikintinin 2020-ci ildə sona şatdıralacağını açıqılayıb.
Keçən il Google şirkəti 2,4 milyard dollara başqa bir binanı da almışdı. Porat bildirib ki, şirkətin 7000-dən çox işçisi var və onların rahat şəraitdə işləməsi üçün çalışacaqlar.






