“26 Bakı Kommissarı" küçəsində qəribə soyğunçuluq faktı- KASSİRİ HİPNOZ ETDİ
Kateqoriya məlum deyil
Yekaterinburq polisi qəribə soyğunçuluq faktı üzərində baş sındırır.
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "26 Bakı Kommissarı" küçəsində yerləşən "Moneta” adlı supermarketə fövqəladə qabiliyyəti olan şəxs girib.
O, kassirə 100 rubl verib və xırdalamağını istəyib. Kassada olanlar isə orada nə pul varsa, hamısını könüllü olaraq həmin şəxsə veriblər.
İşçiləri hipnoz edən şəxs sakitcə pulu götürüb gedib. Kassada işləyənlər yalnız 10 dəqiqə sonra özlərinə gəliblər.
İlqar






