Yaxın Şərqdəki siyasi hadisələr neftin və dolların qiymətinə necə təsir edəcək? - PROQNOZ
İqtisadçı-alim Vüqar Bayramov belə deyib. O bildirib ki, Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. V.Bayramovun sözlərinə görə, Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir:
"Dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə də təsirsiz ötüşmür. Hələlik, neftin qiymətində kəskin azalmalar müşahidə edilməsə də "qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azalması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suriya və İran ətrafında baş verənlər yüksək saxlayır".
Nigar Məhərrəm
Sfera.az






