Miqrantların telefonları və pulları əllərindən alınacaq
Kateqoriya məlum deyil
Avstriyada miqrantlarla bağlı qanunlar sərtləşdirilir.
Sfera.az xəbər verir ki, az əvvəl bu ölkədə çadra, niqab və üzü bağlayan maskalar və sair qadağan edilmişdi. Qaydanı pozanları 150 avro cərimə gözləyir."The Local” nəşrinin yazdığına görə Nazirlər Kobinetinin qərarı ilə bu ölkədə 18 apreldən qanunda yenə dəyişiklər olub.
Bundan sonra ölkəyə daxil olan miqrant mobil telefonunu və 850 avro məbləğində pul verməyə məcburdur.Pullar miqrantların saxlanmasına xərclənəcək.
Mobil telefonlar isə miqrantın Dublin reqlamenti qəbul edilən Avropa ölkələrində olub-olmamasını yoxlamaq üçündür. Əgər miqrant bu ölkələrdən birində olubsa o ölkəyə deportasiya olunacaq.
Yeni qanuna görə miqrant yalnız 10 yaşadıqdan sonra vətəndaşıq almaq üçün müraciət edə bilər.Hüquq müdafiəçiləri isə deyirlər ki, mobil telefonun insanın əlindən alınması onların şəxsi həyatına müdaxilədir. Onlar hesab edir ki, maliyyə çətinliyi olan miqrantlardan pul tutulması da yolverilməzdir, insanlar çətin duruma salınır.
İlqar






