“Facebook” bloklana bilər
Kateqoriya məlum deyil
Əgər Rusiya qanunvericiliyinin tələblərinə əməl etməsələr "Roskomnadzor” "Facebook”u ölkə ərazisində bloklaya bilər.
Sfera.az xəbər verir ki, bunu "İzvestiya” qəzetinə müsahibəsində qurumun rəhbəri Aleksandr Jarov deyib.
Onun sözlərinə görə, qurum 2018-ci ilin sonlarınadək yoxlama aparacaq."Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq:
"Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq.”
Jarov əlavə edib ki, "Facebook” rəhbərliyi ilə hər yarım ildən bir görüşür. "Roskomnadzor” rəsmis ümid edir ki, bloklaşdırma haqda xəbərdarlıqdan sonra "facebook” rəhbərliyi tələbləri yerinə yetirəcək.





