Logo

Azərbaycanda intiharların çoxu niyə eyni bölgələrdə baş verir? - Psixoloqdan ŞƏRH

Azərbaycanda intiharların çoxu niyə eyni bölgələrdə baş verir? - Psixoloqdan ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mediada yayılan intihar xəbərlərinə nəzər yetirsək, görərik ki, yanvarın 1-dən bu günədək Azərbaycanda intihar edənlərin sayı 38 olub.

Diqqətçəkən məqamlardan biri də odur ki, intiharların bir çoxu demək olar ki, eyni bölgələrdə baş verir. Bu sırada biz Şəki, Sumqayıt, Netçala şəhərlərinin adını çəkə bilərik.

Görəsən, intiharların adı çəkilən bölgələrimizdə daha çox baş verməsi nə ilə əlaqədardır?

Psixoloq Elnur Rüstəmov Sfera.az-a açıqlamasında genetik, sosial və psixoloji faktorların burada rolunun danılmaz olduğunu deyib:

Azərbaycanda intiharların çoxu niyə eyni bölgələrdə baş verir? - Psixoloqdan ŞƏRH

"Bir şey haqda nə qədər çox yazılsa, o cür hadisələr daha çox baş verir. Bir bölgədə bu cür hadisələrin daha çox olması da, məhz bu amillə bağlıdır. Biri intihar edir və digərləri də ona baxır, bu yola əl atır. Artıq intihar xəbərləri daha tez yayılır.  Görün ölüm necə ucuzlaşıb”.

Psixoloqun sözlərinə görə, bu gün adi bir hadisə belə intihara səbəb ola bilir:

"Xırda bir hadisədən insan intihar edir. Əslində bu cür hadisələrdə məqsəd ölmək yox, diqqəti üzərinə çəkməkdir. Bunun üçün müxtəlif yolardan isitfadə edirlər. İntiharla həyatını dəyişənlərin bir qismi öncələr də buna cəhd edənlərdir. Elə insanlar var ki, onlar anadangəlmə intihara meyillidir”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR