Fransada güllənənən Namazovdan azərbaycanlı “Skripal” düzəltmək cəhdi - VİDEO
Fransanın Tuluza şəhərində naməlum şəxslər tərəfindən güllənənən Rahim Namazov artıq evə buraxılıb və polis tərəfindən qorunur.
Sfera.az xəbər verir ki, bu haqda Rusiya hakimiyyətinə yaxınlığı ilə seçilən "Çarqrad.tv” yazıb.
Sayt yazır ki, Skripal məsələsi ilə Rusiyanı sıxışdıran Qərb Azərbaycana qarşı da eyni taktikanı seçib.
Britaniyadan fərqli olaraq Fransanın öz "Skripalı” var. Kriminal aləmlə əlaqəsi şübhə doğurmayan, vətənində dələduzluq üstə məhbəs həyatı yaşıyan Namazov haqda "France 24” telekanalında , hətta Almaniyanın "Deutsche Welle” nəşrində "Mühacirətdə olan jurnalist güllələndi” başlığı ilə xəbərlər yayılır.
Əvvəlcə "jurnalist”ə sui-qəsd barədə danışılır, sonra Azərbaycanda söz azadlığının boğulması gündəmə gəlir.
Mühacirətdə olan jurnalistlər "Le Monde” qəzetinə Namazovun jurnalist olmadığını bildirsələr də səsləri eşidilmir.
Görünür postsovet ölkələrindəki prezident seçkiləri ərəfəsində Qərb elitası hətta kriminal elementlərdən belə yararlanmaq fikrindədir.
İlqar






