Bakıda qar yollarda tıxaca səbəb oldu - FOTO
Kateqoriya məlum deyil
Milli.Az xəbər verir ki, paytaxtda müşahidə edilən qarlı hava yollarda müəyyən problemlər yaradıb.
Belə ki, bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət sürəti həddən artıq azalıb, bəzi ərazilərdə sıxlıq və tıxac yaranıb, hərəkət mümkünsüz olub.
O cümlədən şəhərin əsas yollarından olan Heydər Əliyev və Nobel prospektlərində yaranmış tıxacda yüzlərlə avtomobilin hərəkəti çətinləşib.






