Logo

İcbari sığorta şəhadətnamələri onlayn satılacaq - YENİLİK - VİDEO

İcbari sığorta şəhadətnamələri onlayn satılacaq - YENİLİK - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sürücülər şəhadətnaməni istədikləri sığorta şirkətinin elektron xidmətlər bölməsindən istifadə etməklə əldə edəcəklər.

İcbari Sığortalar Bürosu tərəfindən onlayn satışla bağlı sığorta şirkətlərinə müraciət ünvanlanıb.

Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, sürücülər onlayn qaydada müqaviləni doldurduqdan sonra sığorta haqqını həm plastik kartlar vasitəsilə, həm də nağd formada ödəniş sistemləri vasitəsilə həyata keçirə biləcəklər.

Ödənişdən sonra müqavilənin bağlanmasını təsdiq edən bildirişlər veriləcək. Həmin sənədi sürücülər özləri də çap edə biləcəklər, yaxud da müvafiq şirkət tərəfindən onlara çatdırılacaq.

İcbari Sığorta şəhadətnamələrinin elektron qaydada satılmasının bir sıra üstünlükləri olacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR