Logo

Göyçayda polis necə xəsarət alıb? - TƏFƏRRÜAT

Göyçayda polis necə xəsarət alıb? - TƏFƏRRÜAT
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Daxili İşlər Nazirliyi (DİN) Göyçay sakininin polisə xəsarət yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, aprelin 27-si saat 16 radələrində Göyçay rayonunun Bığır kəndində kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaradıb, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin əməkdaşı Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq bir hissəsi ilə sonuncuya yüngül bədən xəsarəti yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.


N.Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR