Logo

Rusiya kreyserin batdığını açıqladı - "Moskva"nın yanma SƏBƏBİ

Rusiya kreyserin batdığını açıqladı - "Moskva"nın yanma SƏBƏBİ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Qara dənizin şimalında yerləşmiş Rusiyanın "Moskva” kreyseri Ukrayna sahilindən cənub istiqamətində uzaqlaşıb.
 
Sfera.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
 
Qeyd edək ki, ötən gün "Moskva” kreyseri Ukrayna ordusu tərəfindən vurulmuşdu. Hadisə nəticəsində kreyserdə yanğın baş vermişdi.
 
***
 
"Moskva" raket kreyseri Qara dənizdə batıb.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Qeyd olunur ki, gəminin təyinat limanına yedəklənməsi zamanı gövdə zədələndiyi üçün gəmi sabitliyini itirib:
 
"Moskva” kreyserinin təyinat limanına çəkilməsi zamanı sursatın partlaması nəticəsində yanğın zamanı gövdə zədələndiyi üçün gəmi dayanıqlığını itirib. Gəmi fırtınalı dənizdə batıb".
 
Kreyserdəki ekipaj daha öncədən təxliyə edilib.  
 
***
 
Qara dənizdə "Moskva” kreyserinin vurulması Rusiyanın səriştəsizliyindən xəbər verir.

Bu barədə NYT-ya yüksək çinli amerikalı məmur deyib.

O, rus kreyserinin Ukrayna raketi ilə vurulduğunu və ya təsadüfi yanğın nəticəsində zədələndiyini dəqiq bilməsə də, hər iki versiyanın Rusiyanın böyük səriştəsizliyinin göstəricisi olduğunu söyləyib.

Bildirilib ki, məhz ekipaj heyətinin səhlənkarlığı nəticəsində yanğın sursat anbarının kəndarına kimi çatıb.

Mənbə kreyserin raketlə vurulmasının mümkünlüyünü də əlavə edib.

O da vurğulanıb ki, belə bir hərbi gəmiyə dəyən ciddi ziyan Rusiya Hərbi Dəniz Qüvvələri üçün ciddi utancdır və Donbasda böyük döyüşlərin getdiyi zamanda ukraynalıların döyüş əhval-ruhiyyəsini yüksəldəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR