Logo

Faciəvi ÖLÜM - İp boğazına dolaşaraq boğuldu

Faciəvi ÖLÜM - İp boğazına dolaşaraq boğuldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xaçmaz rayonunda 12 yaşlı məktəblinin boğazına yelləcəyin ipi dolaşaraq uşağı boğub.

Sfera.az xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Niyazoba kənd sakini, 2010-cu il təvəllüdlü Fərid Emin oğlu Cəbrayılov yaşadığı ərazidə yelləncəkdə oynayarkən ehtiyatsızlıqdan yelləncəyin ipi onun boğazına dolaşıb. Uşaq hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Report/

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR