Logo

Kiyev vilayəti Rusiya hərbçilərindən azad edildi

Kiyev vilayəti Rusiya hərbçilərindən azad edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyara məlumat paylaşıb.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün "sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR