Logo

Aİ Şurasının prezidenti yenidən o seçildi

Aİ Şurasının prezidenti yenidən o seçildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Şarl Mişel yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilib.

Sfera.az xəbər verir ki, bu barədə Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin bəyanatında deyilir:

"Avropa İttifaqı Şurası bu gün Şarl Mişeli 2022-ci il iyunun 1-dən 2024-cü il noyabrın 30-dək iki il yarımlıq ikinci müddətə yenidən prezident seçdi. Şarl Mişel həmçinin eyni dövr üçün yenidən Avropa Sammitinin prezidenti təyin edilib", - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, 1999-cu ildə 23 yaşlı Şarl Mişel Belçika parlamentinin ən gənc deputatı olub. O, Belçikada 2014-cü ildə hökumət koalisiyasında ali vəzifəni tutandan əvvəl partiya lideri və Nazirlər Kabinetinin rəhbəri olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR