Zelenski bu 6 şəhərə “Qəhrəman şəhər” adı verdi
Kateqoriya məlum deyil
Ukraynanın altı şəhərinə "Qəhrəman şəhər” adı verilib.
Sfera.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Mən Xarkov, Çerniqov, Mariupol, Xerson, Qostomel, Volnovaxaya xüsusi ad – "Qəhrəman şəhər” adı vermək qərarına gəldim”, - deyə Zelenski xalqa videomüraciətində deyib.
Bundan əlavə, V. Zelenski bir sıra yerli rəhbəri ordenlərlə təltif edib.






