Logo

"Mən sizin piyada əsgərinizəm, canımı verməyə hazıram” - Kadırov Putinə müraciət etdi

"Mən sizin piyada əsgərinizəm, canımı verməyə hazıram” - Kadırov Putinə müraciət etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Döyüşçülərimizə əmr verin ki, Xarkovu, Kiyevi və bütün digər şəhərləri tez, aydın, səmərəli şəkildə ələ keçirsinlər”.

Sfera.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib.

O, özünü Putinin əsgəri saydığını bildirib:

"Cənab Prezident, dəfələrlə demişəm ki, mən sizin piyada əsgərinizəm, sizə görə canımı verməyə hazıram. Əsgərlərimizin, döyüşçülərimizin necə öldüyünü seyr edə bilmirəm. Sizdən xahiş edirəm ki, hər şeyə göz yumun və orada baş verənləri bir-iki günə bir anda bitirsinlər. Yalnız bu, dövlətimizi və xalqımızı xilas edəcək. Bu, mənim əmin fikrimdir”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR