Logo

Deputat məmurları və icra başçılarını tənqid etdi: "Dövlətin siyasətinə xələl gətirirlər"

Deputat məmurları və icra başçılarını tənqid etdi: "Dövlətin siyasətinə xələl gətirirlər"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Təəssüf ki, bəzən məmurlar etimadı doğrulda bilmirlər, bir müddət sonra onlar müxtəlif səbəblərdən verilmiş tapşırıqları öz maraqları xeyrinə icra edirlər, nəticə etibarilə dövlətin siyasətinə xələl gətirmiş olurlar”.

Bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Müsahibimiz bildirib ki, sözügedən insanların taleyinin necə olduğu isə artıq hər kəsə bəllidir:

"Həmin məmurlarla bağlı müvafiq dövlət orqanları tərəfindən lazımi tədbirlər görülür və hər kəs kimi, onlar da qanun qarşısında cavab verməli olurlar. Prezident İlham Əliyevin sonuncu yeni təyin olunmuş icra başçılarını qəbulu zamanı səsləndirdiyi fikirlərdə də çox böyük həqiqət var. Düzgün vurğulanır ki, hazırda qohumluq, tanışlıq və hansısa digər əlaqələr nəzərə alınmadan savadlı, bilikli kadrlar həmin rayon və şəhərlərdə də məsul vəzifələrə gətirilməli, məhz yerli kadrlardan idarəetmədə yaxından istifadə edilməli, onların ərazidə yaşamalarını, karyera qurmalarını təmin etmək üçün xüsusilə icra başçıları səylər göstərməlidirlər”.

Müsahibimizin sözlərinə görə, bəzən yeni kadrlar təyin olunduğu zaman həmin təşkilatda, strukturda çalışan dövlət qulluqçularını, məmurları işdən çıxarırlar:

"Onların yerinə isə öz tanıdıqları-bildikləri, qohumları, yaxınları yerləşdirilir. Nəticədə burada illərini dövlətə qulluq etməklə keçirən şəxslər işdən kənarda qalırlar. Bu məsələlərə mütləq diqqət çəkməliyik, çalışmalıyıq ki, rəhbər şəxslər dəyişdikdə oradakı savadlı, bacarıqlı insanlar işlərini itirməsinlər. Həqiqətən də bu işin öhdəsindən gələ bilməyən, bilik səviyyəsi imkan verməyən şəxsləri yeniləri ilə əvəzləmək olar. Fikrimcə, əvvəlki illərdən fərqli olaraq, son zamanlar bu hallar azalır. Yerlərdə, rayon və şəhərlərdə bu siyasətin uğurla davam etdiriləcəyini düşünürəm”.

Günay Rəsulqızı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR