“Soydaşlarımız mərhələli şəkildə Azərbaycana yola salınacaq” - Polşa Azərbaycanlıları Şurasının rəhbəri
"Ukrayna və Rusiya arasındakı müharibə səbəbilə ümumilikdə 400-dən çox soydaşımız Polşaya gəlib”.
Bunu Sfera.az-a açıqlamasında Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli bildirib. F.Cəfərli Polşaya gələnlərin çoxunun tələbə olduğunu deyib:
"Ukrayna ilə Polşa arasında 8 sərhəd keçid məntəqəsi var. Həmin məntəqələrin ətrafında düşərgələr də salınıb. Lakin soydaşlarımız təhlükəli ola biləcəyi baxımından düşərgələrdən imtina edirlər. Polşa qanunvericiliyinə əsasən, bizim soydaşların Polşa dövlətində 15 gündən artıq qalmaq icazəsi yoxdur. Biz isə şura olaraq hazırda 50-ə yaxın soydaşımıza köməklik etmişik, 6 soydaşımız otelə yerləşdirilib. Çalışdığımız qədər uşaqlı olan xanımları otelə yerləşdirmişik. Lakin tələbələr və digər soydaşlarımız burada olan azərbaycanlıların evində yerləşiblər”.
F.Cəfərli azərbaycanlıların növbəli şəkildə təxliyə ediləcəyini diqqətə çatdırıb:
"Polşada olan azərbaycanlıların sayı bu gündən etibarən daha da artacaq. Məcburuq ki, qonaq evləri tutulsun və soydaşlarımızı oraya yerləşdirək. Polşada olan 50 soydaşımız artıq Azərbaycana gedib. Bundan sonra isə soydaşlarımız mərhələli şəkildə Azərbaycana təxliyə olunacaq”.Əzizə Zeynal






