Logo

"Azərbaycan üçün unikal imkan yaranıb, yeni anti-terror əməliyyatı başlaya bilər" - Ekspert

"Azərbaycan üçün unikal imkan yaranıb, yeni anti-terror əməliyyatı başlaya bilər" - Ekspert
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Son günlər Azərbaycan siyasi seqmentində müzakirə obyektinə çevrilən məsələlərdən biri də, Rusiya ilə Ukrayna arasındakı toqquşmadan hansısa formada yararlanmaqdır. Söhbət Qarabağda yarımçıq qalmış işlərdən, o cümlədən erməni terrorçularının buradan çıxarılmasından gedir.

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib ki, müharibədən bir gün əvvəl Bakı ilə Moskva arasında imzalanan Strateji tərəfdaşlıq haqqında saziş Rusiyanın şərq cəbhəsindən arxayın olmasına hesablanmışdı, amma həmin sənəd heç də bizə mane olmur:

"Əksinə, sazişdə 10 noyabr və 11 yanvar müqavilələrinə istinad edilməsi, həmçinin ərazi bütövlüyünün tanınması ilə bağlı yeni müddəa, terrorizmə qarşı birgə mübarizə bizə yeni imkanlar, yeni fürsətlər yaradır. Azərbaycan terrorçuların Qarabağdan çıxarılması barədə yaxın günlərdə Rusiyaya müraciət edə və tələbimiz ödənməyəcəyi təqdirdə, yeni anti-terror əməliyyatına başlaya bilər. Məlumdur ki, indi Kremlin başı qarışıqdır və bizim potensial hərbi  əməliyyatımıza müdaxilə imkanı minimumdur. Üstəgəl, son vaxtlar düşmənin cəbhənin müxtəlif istiqamətlərində təkrarladığı təxribatlar da anti-terror əməliyyatına start verməyimiz üçün kifayət qədər tutarlı əsasdır”.

Müsahibimiz bildirib ki, nəzərə alınmalı başqa bir məqam regionda yeni səhifənin açılması, əməkdaşlıq platformasının qurulmasıdır:

"Terrorçuları Qarabağdan çıxarmaq üçün hüquqi əsasımızın olmasına rəğmən, anti-terror əməliyyatına başlanılması, bəlkə də, prosesləri müəyyən mənada ləngidə bilər. İstənilən halda, bu müharibə fonunda Azərbaycan üçün unikal imkan yaranıb. Biz Türkiyənin də siyasi dəstəyi ilə bu fürsətdən yararlana bilərik”.

Günay Rəsulqızı

Sfera.az

--

Best Regards,

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR