Logo

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"

Qurban Qurbanov: "Əsl azərbaycanlı kimi qərar vermək istədim"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Əsl azərbaycanlı kimi qərar vermək istədim".

Sfera.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib: "Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur".

Qurbanovun sözlərinə görə, bu mövzuda çox fikir bildirmək çətindir: "Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR