Logo

"Qərb Ukraynanı Rusiyaya uduzarsa..." - Təhlükəli ssenari

"Qərb Ukraynanı Rusiyaya uduzarsa..." - Təhlükəli ssenari
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qərb Rusiyaya qarşı praktik addımlar atmasa, Ukraynada hakimiyyətin devrilməsi baş tuta bilər”.

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Vladimir Putinin Ukryanada keçid hökuməti yaratma ehtimalından söz açmaq mümkündür:

"Putin ABŞ-ın İraqa hücumu və Səddamın devrilməsi ssenarisini  Ukraynada tətbiq edir. Qərb Ukraynanı Rusiyaya uduzacaqsa, Suriyada Rusiyaya cəbhə açıla bilər. Ukraynanın məğlubiyyəti Türkiyənin də geopolitik maraqlarına zərbədir”.

Politoloq əlavə edib ki, Rusiya Qərbin fəaliyyətsizliyindən məharətlə istifadə edərək, diplomatik ultimatumunu hərbi müstəviyə keçirib:  "Rusiya üçün bu müharibənin daxildə siyasi-iqtisadi böhrana yol açması mümkündür”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR