Logo

Separatçıların son iddialarına deputatdan REAKSİYA: "Üstündən tamamilə xətt çəkildi"

Separatçıların son iddialarına deputatdan REAKSİYA: "Üstündən tamamilə xətt çəkildi"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya prezidenti Vladimir Putinin Ukayna ərazisindəki qondarma Donetsk və Luqanskın müstəqilliyini tanıma qərarı erməniləri xeyli sevindirib.

Xankəndindəki separatçıların rəhbəri Araik Arutyunyan, "DQR parlamentinin spikeri” Artur Tovmasyan dərhal bu qərarı alqışlayıblar. Xankəndindəki separatçıların "xarici işlər naziri” David Babayan açıqlama verərək, Ukraynadakı qondarma qurumların Putin tərəfindən tanınmasının onlar üçün də presedent yaratdığını bəyan edib.

Bununla bağlı Milli Məclisin deputatı Cavid Osmanov Sfera.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna arasında yaranmış gərginlik fonunda qondarma rejimin rəhbərləri Araik Arutyunyan, Artur Tovmasyan və David Babayan tərəfindən sanki bir canfəşanlıq göstərilir:

"Xüsusi qeyd etmək istəyirəm ki, Rusiya-Ukrayna arasındakı münasibətlə, oradakı mövcud vəziyyətlə Azərbaycan-Ermənistan arasında olan vəziyyət tamamilə fərqlidir. Birincisi, Rusiya Federasiyasının prezidenti Vladimir Putin 44 günlük Vətən Müharibəsində xüsusi qeyd etmişdi ki, bu ərazilər Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış tarixi və əzəli torpaqlarıdır, müharibə də Azərbaycanın öz ərazilərində aparılır. İkinci bir tərəfdən, artıq Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sənədi imzalanıb və burada da açıq şəkildə təsbit olunub ki, hər iki ölkə bir-birilərinin təhlükəsizliyinə töhfə verir, eyni zamanda bir-birilərinin daxili işlərinə qarışmırlar”.

Millət vəkili qeyd edib ki, həm Vladimir Putinin Vətən Müharibəsi boyunca açıqlaması, həm də imzalanmış ikitərəfli müttəfiqlik haqqında sənəd bütün canfəşanlıq edən qondarma və seperatçı qüvvələrin, onlarda yaranmış presedentin üstündən tamamilə xətt çəkmiş olur:

"Qarabağ Azərbaycanın tarixi və əzəli torpaqlarıdır. Hər zaman da belə olacaq. Azərbaycan artıq 44 günlük Vətən Müharibəsində öz torpaqlarını işğaldan azad edib və bundan sonra da seperatçı qüvvələr, onun rəhbəri bizim əzəli torpaqlarımızdan çıxarılacaq. Bu məsələ artıq Rusiya və Azərbaycan arasında imzalanmış sənəddə öz əksini tapıb”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR