“Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert - FOTOLAR
Kateqoriya məlum deyil
"Moskvada Azərbaycan günləri” adlı tədbirlər çərçivəsində "Qelikon-opera” Teatrının səhnəsində "Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı qala-konsert baş tutub.
Sfera.az xəbər verir ki, sözügedən konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Proqram çərçivəsində müxtəlif kompozisiyalar səsləndirilib.
Qeyd edək ki, dünəndən etibarən Heydər Əliyev Fondunun dəstəyi ilə Moskvada Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunub.
Tədbirlər çərçivəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Azərbaycan” pavilyonunda "Azərbaycan xalçaları: yeni baxış” adlı sərgi açılıb.İnci
Sfera.az












