Logo

“Ukrayna Donbasa 120 min hərbçi yerləşdirib, bombalayırlar...” – Rusiyanın BMT-dəki nümayəndəsi

“Ukrayna Donbasa 120 min hərbçi yerləşdirib, bombalayırlar...” – Rusiyanın BMT-dəki nümayəndəsi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna hakimiyyəti Donbasdakı təmas xəttinə 120 min hərbçi yerləşdirib.

Sfera.az "Tass” agentliyinə istinadən  xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclasında bildirib.

Rusiya rəsmisi Qərbi Ukraynanı silahlandırmaqda günahlandırıb:

"Rusiyanın Ukraynaya gözlənilən işğalı ətrafında əsassız panikaya səbəb olan qərbli həmkarlarımız həyasızcasına ölkəni silahlandırır, ora təlimatçılar göndərir və faktiki olaraq təmas xəttinə 120 min hərbçi yerləşdirmiş ukraynalıları silahlı təxribatlara  sövq edirdilər. Son həftəsonu Ukrayna hərbçiləri LXR və DXR-də  yaşayış məntəqələrini bombalamağa başlayıblar. Həmin ərazilərə 1600-ə qədər mərmi atılıb, dinc sakinlər həlak olub. Sərhəd yaxınlığındakı rus birləşmələri də atəşə məruz qalıb”, - deyə Nebenzya qeyd edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR