Təxribatları genişləndirən erməni terrorçular tərki-silah ediləcək? - "Bu, Bakının əlini gücləndirir"
Kateqoriya məlum deyil
Qarabağdakı separatçı-terrorçular təxribatları genişləndirir - Xocalı və Xocavənd istiqamətində yenidən atəş açılıb.
Sfera.az-ın məlumatına görə, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı deyib ki, baş verənlər bölgənin silahsızlaşdırılması və 10 noyabr razılaşmasının 4-cü bəndinin - erməni qoşunların çıxarılması – icrasını aktuallaşdırır. Onun sözlərinə görə, prezident İlham Əliyevlə Putinin Moskvada gözlənilən görüşündə Bakının müzakirə edəcəyi prioritet məsələlərdən biri bu olacaq:
"Azərbaycan razılaşmaların icrasını sürətləndirmək üçün mövcud şərtləri dəyərləndirə bilər. Birincisi, Şuşa Bəyannaməsinin təsdiq edilməsi Bakının əlini gücləndirir. İkincisi, Ukrayna cəbhəsində ABŞ-Rusiya qarşıdurması Moskvanın Cənubi Qafqazda əldə olunmuş razılaşmaların icrasına xüsusi diqqət ayırmasını şərtləndirir. Geosiyasi qarşıdurmada Bakı və Ankara güc balansına təsir edə biləcək faktorlardır və ruslar neytral mövqeni belə qiymətləndirə bilər”.
Ekspert əlavə edib ki, erməni terrorçuların təxribatlarını genişləndirməsi onların tərki-silah edilməsi tələbində Bakının haqlılığını da artırır.
Xatırladaq ki, Azərbaycan Ordusunun Xocalı rayonunun Şuşakənd kəndi istiqamətində yerləşən mövqeləri fevralın 20-si saat 20:50-də və Xocavənd rayonunun Tağaverd kəndi istiqamətində yerləşən mövqeləri isə fevralın 21-i saat 01:15-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən heç bir səbəb olmadan atıcı silahlardan atəşə tutulub.

Günay Rəsulqızı
Sfera.az