Rusiyanın FİASKOSU: “Qərblə qarşıdurma növbəti mərhələyə keçir”
Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Qərbin geri çəkilməməsi Rusiyanın Ukraynaya güc tətbiq etməməsinə gətirib çıxarıb:
"Ukraynaya genişmiqyaslı hücum ABŞ və NATO ilə üz-üzə gəlməsinə, iqtisadiyyatının məhv olmasına gətirib çıxaracaqdı. Rusiya rəhbərliyi planlaşdırılan 16 fevral hücum günündə ordusunu geri çəkdiyini elan etdi. Amma genişmiqyaslı müharibəyə getməmək Rusiyanın məğlubiyyəti olardı. Ona görə də Donbasda separatçılar vasitəsilə Ukraynaya qarşı artilleriya zərbələri endirildi. Əgər, Ukrayna Donbasa hücum edərək əraziləri işğaldan azad edərsə, Moskva buradakı separatçıların müstəqilliyini tanıya bilər”.
Politoloq qeyd edib ki, Rusiya növbəti dəfə Qərblə danışıqlarda öz təkliflərinin qəbul edilməsinə çalışacaq:
"Donbasda müharibə isə, səngiməyəcək. Artıq ABŞ Rusiyaya qarşı növbəti sanksiyalar paketini qəbul etdi. ABŞ və Rusiya arasında davam edən siyasi-hərbi qarşıdurma növbəti mərhələyə keçir. Bu qarşıdurmada Rusiyanın zəifləməsi, Cənubi Qafqazda sülhün əldə edilməsinə və Azərbaycanın maraqlarına cavab verir”.
Günay Rəsulqızı






