Logo

Koronovirusdan sonra iki ay bu problemlər yaşanacaq – İnfeksionistdən AÇIQLAMA

Koronovirusdan sonra iki ay bu problemlər yaşanacaq – İnfeksionistdən AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzi hallarda koronavirusdan sağalan şəxslərdə bir sıra problemlərin yarandığı bildirilir.

Bu problemləri içərisində daha çox saç tökülməsi, yaxud yoluxma zamanı və sonrası dəridə müxtəlif səpkilərlə bağlı şikayətlərin olduğu müşahidə edilir. 

Bu isə insanlarda problemin daimi olması ilə bağlı narahatlıqlar yaradır.

Maraqlıdır, koronavirusun orqanizmə uzunmüddətli yan təsirləri varmı? Sağaldıqdan sonra, eləcə də xəstəlik müddətində nə kimi problemlər yarana bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan infeksionist Nicat Əzimli koronavirusa yoluxduqdan sonra 2 ay ərzində saç tökülməsi ilə bağlı problemlərin yaşana biləcəyini deyib:

"Koronavirusdan sonra saç tökülməsi "telogen effluvium" adlandırılan vəziyyətlə əlaqədardır. Belə ki, bu durum hər hansı şok və ya güclü stress sonrası təxminən 2 aya qədər müddətdə başlayan saç tökülməsi deməkdir. Bunun səbəbi saç köklərinin inkişafdan qalması və zəif olduqları üçün qoparaq tökülməsi ilə əlaqədardır. Bu da koronavirusda təkcə orqanik fəsadların deyil, psixoloji durumun da nə dərəcədə əhəmiyyətli olduğunu, diqqət mərkəzində saxlanılması gərəkdiyini göstərən vəziyyətdir. Xoşbəxtlikdən bu, geri dönən prosesdir. Zamanla baş dərisi və saç kökləri əvvəlki vəziyyətinə qayıdır və saç tökülməsi də dayanmış olur".

İnfeksionist koronavirusa yoluxma zamanı dəri ilə bağlı problemlərin yarana biləcəyini qeyd edib:

"Koronavirusa yoluxma zamanı və ya yoluxmadan sonra baş verən "urticaria" adlandırılan dəri problemləri isə xəstəliyin əvvəlində və ya sağalandan həftələr sonra yaranıb zamanla itib gedən ləkələrdir. Xəstəlik sonrası belə durumlarla rastlaşdıqda həkim dermatoloqa müraciət etmək lazımdır".

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR