Logo

Azərbaycanda ölüm sayında növbəti antirekord: Ən yüksək göstərici bu rayonlarda qeydə alınıb

Azərbaycanda ölüm sayında növbəti antirekord: Ən yüksək göstərici bu rayonlarda qeydə alınıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dövlət Statistika Komitəsi 2021-ci ilə aid demoqrafik göstəriciləri açıqlayıb.

Sfera.az bildirir ki, açıqlanan məlumatlar təbii artım göstəricilərində pisləşmənin ötən ildə də davam etdiyini göstərir.

Məlumatlardan görünür ki, təbii artımın pisləşməsi həm ölüm sayının artması, həm də doğum sayının azalması hesabına baş verib.

Ötən il Azərbaycanda 76 min 878 ölüm halı qeydə alınıb. Bu göstərici son onilliklərin ən pis göstəricisidir. 2020-ci ildə də ölənlərin sayı əvvəlki illərə nəzərən xeyli artmışdı. Həmin ildə ölüm sayı birdən-birə 20 min nəfər artaraq 55 mindən 75 min nəfərə çatmışdı. Amma 2021-ci ildəki nəticə 2020-ci ili də geridə qoyub.

Statistikaya əsasən, ölkəmizdə olan hər 10 min nəfərin 77 nəfəri ötən il dünyasını dəyişib. Bu baxımdan ən yüksək göstərici Bakının Sabunçu və Suraxanı rayonlarında qeydə alınıb. Adıçəkilən rayonlarda ölüm sayı hər 10 min nəfərə müvafiq qaydada 106 və 102 olub.

Ən aşağı ölüm göstəricisi isə Lerikdə (51 nəfər) müşahidə edilib.

Ölənlərin sayı artdığı kimi, doğulanların sayında da ciddi azalma var. 2019-cu ildə ölkəmizdə 141 min uşaq doğulmuşdusa, 2020-ci ildə bu rəqəm 126 minə, 2021-ci ildə isə 112 minə enib. 2021-ci ildəki göstəricilərin pisləşməsini müəyyən mənada 2020-ci ildəki toy qadağası ilə izah etmək olar. Amma 2020-də qeydə alınan nəticə göstərir ki, doğum sayında təbii azalma da var.

Ölümün artmasına paralel olaraq doğum da azaldığı üçün, ölkədə təbii artım göstəricisi (doğulanlar və ölənlər arasındakı fərq) də kəskin aşağı düşüb. Əgər 2015-ci ildə Azərbaycanda təbii artım 115 min nəfərə bərabər idisə, bu rəqəm 2019-cu ildə 85 minə, 2020-cu ildə 51 minə, 2021-cu ildə isə cəmi 35 minə bərabər olub.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR