Hamiləliyin bu mərhələsində vaksinasiya daha təsirlidir – Yeni ARAŞDIRMA
Amerika uşaq xəstəxanalarının və Amerika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) tədqiqatçıları yeni araşdırma ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, tədqiqat zamanı COVID-19 peyvəndinin körpələrə də fayda verə biləcəyi məlum olub.
Tədqiqat çərçivəsində 176-ı COVID-19, 203-ü isə digər xəstəliklər səbəbindən xəstəxanaya yerləşdirilən cəmi 379 körpə ilə bağlı məlumatlar araşdırılıb.Tədqiqat nəticəsində hamiləlik zamanı anaları COVID-19 peyvəndi olan körpələrin ümumi xəstəxanaya yerləşdiriləcəyi halda qorunması nisbətinin yüzdə 61 faiz olduğu aşkar edilib.
Vaksin hamiləliyin 21-ci həftəsindən doğumdan 14 gün əvvələ qədər tətbiq olunanlar üçün qorunma nisbəti yüzdə 80-ə qalxıb.
Anaları hamiləliyin erkən mərhələlərində peyvənd edilmiş körpələrdə peyvəndin effektivliyi 32 faizə qədər azalıb. Tədqiqat aparan tədqiqatçılar hamiləliyin erkən mərhələlərində edilən peyvəndlərin effektivliyinin azalmasının nümunələrin azlığı ilə də bağlı ola biləcəyini ifadə edərək, ana olmağa hazırlaşan qadınları vaksinasiyaya çağırıb.
CDC-yə görə, hamilə qadınların COVID-19-dan ağırlaşma riski daha yüksəkdir və bu, erkən doğum, ölü doğum və hamiləlik zamanı ağırlaşma riskini artırır.Əzizə Zeynal






