Əliyev NATO-nun Baş katibi ilə nələri müzakirə edib? - “Ukrayna böhranının həllində…”
Kateqoriya məlum deyil
Fevralın
15-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Azərbaycan tərəfindən verilən rəsmi məlumata görə, söhbət zamanı NATO-nun baş katibi ötən ilin dekabrında NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
NATO-nun baş katibi öz tvitter hesabında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon söhbəti haqqında bu sözləri qeyd edib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ətraflı telefon söhbəti apardıq. Regional təhlükəsizlik və Rusiya qoşunlarının Ukrayna sərhədində və ərazisində cəmləşməsini, bunun nəticəsində enerji bazarlarında yaranan vəziyyəti müzakirə etdik”.
Maraqlıdır, Y.Stoltenberq Ukrayna-Rusiya münasibətləri ilə bağlı prezident İlham Əliyevlə nə danışıb?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimov Azərbaycanın Rusiya-Ukrayna münasibətlərinin normallaşmasına töhfə verəcəyini deyib.
"Danışıqlar zamanı Rusiya ilə Ukrayna arasında müharibə təhlükəsi olduğu qənaətinə gəlmək olar. Deməli, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiya – Ukrayna münaqişəsi barədə ətraflı informasiyaya malik olmaqla yanaşı, həm də münaqişənin həll olması istiqamində Moskva və Kiyevdə davamlı görüşlər keçirən dövlət başçıları arasında ən geniş potensiala malik olan və münaqişənin aradan qaldırılması yollarını göstərə biləcək dövlət xadimidir.
Heç şübhəsiz, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsun Putini yumşaltmaq istiqamətində atdığı addımlar nəticə vermədikdən sonra regionu daha dərindən bilən və eyni zamanda dünya siyasətçiləri arasındsa yetərincə nüfuza malik dövlət xadiminin vasitəçilik missiyası və məsləhətinə ehtiyac yaranıb. NATO Baş Katibinin İlham Əliyevlə telefon söhbətini məhz bu prizmadan qiymətləndirmək lazımdır”.
Ekspert yaxın günlərdə prezidentlər arasında danışıqların olacağına da diqqət çəkib:
"İlham Əliyev Rusiya – Ukrayna böhranının aradan qaldırılmasına öz töhfəsini verir. Düşünürəm ki, yaxın günlərdə Vladimir Putin və Volodimir Zelenski ilə Azərbaycan Respublikası prezidentinin telefon danışıqları haqqında məlumatları eşidəcəyik”.
Əzizə Zeynal