Logo

"Bitcoin"lə bağlı sensasiyalı PROQNOZ: 2023-cü ildə 10 min dollara düşəcək

"Bitcoin"lə bağlı sensasiyalı PROQNOZ: 2023-cü ildə 10 min dollara düşəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Hazırda dünyanın ən bahalı kriptovalyutası olan "Bitcoin"in yaxın perspektivdə ucuzlaşacağı proqnozlaşdırılır.

Sfera.az "İnvesting.com” saytına istinadən xəbər verir ki, bu kriptovalyutanın dəyərinin 2023-cü ilə qədər 10 min dollara enəcəyi təxmin edilir.

"Stifel”in baş strateqi Barry Bannister qeyd edib ki, FED-in hərəkətlərinin təsiri altında "Bitcoin" ucuzlaşa bilər:

"FED pul siyasətini sərtləşdirəcək. Belə vəziyyətdə "Bitcoin"ə pul qoymaq əlverişli deyil. Bu səbəbdən "Bitcoin" 2023-cü ilə qədər 10 000 dollara düşəcək. Tarix göstərir ki, FED-in pul siyasəti zəif olduqda "Bitcoin" yüksəlir. Yəqin ki, FED yüksək inflyasiya şəraitində daha sərt davranacaq və bu davranış "Bitcoin" kimi investisiya alətlərini "əzəcək””.

Qeyd edək ki, Bitcoin hazırda 43 555 dollara dəyişdirilir. Ötən ilin noyabrında isə bu kriptovalyuta 64,4 min dollara qədər bahalaşmışdı.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR