Logo

İngiltərədə son 10 ildə rastlanmayan yeni virus aşkarlandı – Lassa qızdırması yayılır?

İngiltərədə son 10 ildə rastlanmayan yeni virus aşkarlandı – Lassa qızdırması yayılır?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Koronavirusdan ən çox təsirlənən ölkələrdən biri olan İngiltərədə Lassa virusu panikası yaşanıb.

Sfera.az xəbər verir ki, Britaniya mətbuatında çıxan xəbərlərə görə, iki nəfərdə Ebolaya bənzər nadir virus olan Lassa qızdırması aşkarlanıb.

Səhiyyə rəsmiləri İngiltərənin şərqində eyni ailədə üçüncü mümkün yoluxmanın araşdırıldığını açıqlayıb. Bu hal son onillikdə ölkədə ilk təsdiqlənmiş Lassa virusuna yoluxma olsa da, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi insandan insana yoluxmanın nadir olduğunu və insanların əksəriyyətinin tam sağaldığını vurğulayıb. Yoluxma hallarınınn hamısının virusun endemik olduğu Qərbi Afrikadan bu yaxınlarda qayıtmış eyni ailədən olduğu güman edilir.
 

Lassa qızdırması Qərbi Afrikada müşahidə olunan, kəskin şəkildə inkişaf edən və ölümcül ola bilən viral xəstəlikdir. Xəstəlik Qərb dünyası tərəfindən 1969-cu ildə Nigeriyada işləyən iki tibb bacısının ölümü ilə diqqət çəkib. Xəstəlik ilk dəfə Lassa şəhərində görüldüyü üçün "Lassa virusu” kimi tanınır. İnsanlara yoluxma viruslu qidanın inhalyasiyası və ya qəbulu ilə baş verir. Nadir hallarda gəmirici ilə birbaşa təmasda olarkən də virusa oluxma ehtimalı olur.

Lassa virusu gündəlik təmaslarla ötürülmür. Lakin istifadə olunan tibbi ləvazimatlarla yoluxduğu müşahidə edilib. İnkubasiya dövrü 5-21 gündür. İnfeksiyaların təxminən 80% -i asemptomatik və ya yüngül keçir. Xəstəliyi yüngül keçirən şəxslərdə qızdırma, ümumi nasazlıq və baş ağrısı olur. 20% şəxsdə qanaxma (diş ətlərində, gözlərdə, burunda) görülə bilər. Xəstəlik zamanı tənəffüs çətinliyi, şiddətli qusma, üzün şişməsi və eşitmə itkisi ola bilər. Baş ağrısı, boğaz ağrısı, əzələ ağrısı və qarın ağrısı da bu xəstəlik üçün xarakterikdir. Orqan çatışmazlığı səbəbindən simptomların başlamasından 2 həftə ərzində ölüm baş verə bilər.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR