Logo

İmran xan Rusiyaya buna görə səfər edir... – Şərh

İmran xan Rusiyaya buna görə səfər edir... – Şərh
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Pakistan-Rusiya münasibətləri son illərdə özünün ən parlaq dövrünü yaşayır. Bununla belə, tərəflər arasında başda Hindistan mövzusu olmaqla bir sıra məsələlərdə fikir ayrılıqları var. Mümkündür ki, səfər çərçivəsində bu məsələlər ətrafında müzakirələr aparılsın”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Turab Rzayev Pakistanın Baş naziri İmran Xanın fevralın sonu Rusiyaya edəcəyi səfəri şərh edərkən deyib.

Onun sözlərinə görə, Pakistan da son dövrlər hibrid xarici siyasət yürüdən ölkələrdəndir:

"Pakistanın ilk növbədə Britaniya ilə çox yaxın münasibətləri var. Bundan başqa NATO və ABŞ-la da müəyyən hərbi müqavilələri var. Təsadüfi deyil ki, NATO-nun Pakistanda hərbi bazaları var. Digər tərəfdən Pakistan həm də Çin ilə çox yaxın hərbi müttəfiqdir. Çinin ən mühüm iqtisadi koridoru Pakistan üzərindən keçir. Maraqlıdır ki, Pakistan ABŞ-ın Çini mühasirəyə salmaq siyasətinə maneəçilik törədir.

Göründüyü kimi, Pakistan milli maraqları naminə fərqli güclərlə münasibətlər qurur. Biz buna hazırda hibrid xarici siyasət deyirik. O ki qaldı İmran Xanın Rusiya səfərinə, hesab edirəm, bu da İmran Xanın hibrid xarici siyasətindən qaynaqlanır. Məsələ ondadır ki, vaxtilə əfqan müharibəsi zamanı tərəflər iki əks mövqedə idi. Bu gün isə münasibətlər əvvəlki illərə nəzərən daha yaxşıdır. Hətta bir neçə il öncə iki ölkə Himalay dağlarında hərbi təlimlər də keçirdi”.

Hesab edirəm, səfər zamanı İmran Xanla Putin arasında əsas müzakirə mövzuları Hindistan, Taliban, Əfqanıstan məsələləri olacaq. Çünki bu gün Rusiyanın Hindistan ilə də yaxın münasibətləri var. Bu da öz növbəsində Pakistanı narahat edən amillərdəndir”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR