Logo

“Koronavirusdan sağaldıqdan sonra qandakı anticisimlər zamanla azalır” - İnfeksionist

“Koronavirusdan sağaldıqdan sonra qandakı anticisimlər zamanla azalır” - İnfeksionist
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bədəndə anticisimlərin çox olması koronavirusa qarşı dayanıqlılığın artmasında mühüm rol oynayır. Antikorların miqdarı isə şəxsə görə dəyişir.

Maraqlıdır, koronavirusa qarşı antikorların azalmasına səbəb olan əsas amillər nələrdir? Sözügedən virusa qarşı immunitet hansı hallarda itir?

Mövzu ətrafında Sfera.az-a danışan infeksionist Nicat Əzimli bəzi infeksion xəstəliklərin birdəfəlik immunitet yaratdığını deyib:

"Koronavirusun hazırkı dominant variantı olan Omikronu müzakirə obyekti olaraq götürsək, bu variantın immun anticisimlərdən yayınmaq xüsusiyyəti var. Bu özü orqanizmdə anticisimlər azalmasa belə, immunitetin effektinin azalması deməkdir. Onu da qeyd edim ki, anticisimlərin özünün miqdarca azalması da digər bir məsələdir. Burada zaman faktoru önəmli rol oynayır. Belə ki, infeksion xəstəliklər insan orqanizmində müxtəlif cür immunitet yaradır. Bəziləri davamlı (ömürlük), bəziləri davamız (müddətli), bəziləri isə tamamilə immunitet yaratmır. Davamlı immunitet yaradan xəstəliklərə qızılca, suçiçəyi və s. misal göstərmək olar. Xəstələnib sağaldıqdan sonra heç immunitet yaranmayan xəstəliklərə tetanusu misal gətirə bilərik”.

İnfeksionist koronavirusun davamsız immunitet yaratdığını da sözlərinə əlavə edib:

"Koronavirus infeksiyası isə qrip xəstəliyi kimi özündən sonra orqanizmimizdə davamsız immunitet qoyur. Yəni koronavirusa yoluxmuş insan sağaldıqdan sonra onun qanındakı anticisimlərin zamanla azalması bu virusun  təbii xüsusiyyətidir”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR