Logo

Fransanın prosesə qayıtması Minsk qrupu formatını dirildə bilər? - ŞƏRH

Fransanın prosesə qayıtması Minsk qrupu formatını dirildə bilər? - ŞƏRH
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan, Fransa, Avropa İttifaqı Şurasının prezidentləri və Ermənistanın baş nazirinin videoformatda görüşü keçirilib.

Sfera.az bildirir ki, bununla bağlı siyasi şərhçi Asif Nərimanlı Fransa prezidentinin belə bir görüşün təşkilində maraqları olduğunu deyib. Onun sözlərinə görə, Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır və münaqişənin həllində uzaq düşdükləri bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir:

"Burada əsas məqam "Fransanın prosesə qayıtması Minsk qrupu formatının dirilməsinə şərait yarada bilərmi?” sualıdır. Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində baxa bilərik. Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır. Burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır və Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şolzun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir. Mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir”.

A.Nərimanlı qeyd edib ki, Fransa prezidenti bununla Avropanın yeni liderlik missiyasını gücləndirir, eyni zamandan Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür:

"Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər. Moskva-Paris anlaşmasının tərkib hissəsi kimi görünən Fransanın proseslərdə iştirakı Rusiyanın maraqları kontekstində də diqqət çəkir:

- Ruslar ABŞ-a qarşı Avropadan cəbhə açmaq siyasətini genişləndirir;

- Aİ ilə Minsk qrupu formatına qarşı Qərbdə yaradılan alternativ Fransanın iştirakı ilə daha da güclənir;

- Minsk qrupunun iki həmsədr ölkəsinin Cənubi Qafqazda rusların vasitəçiliyi ilə əldə olunan reallığı qəbul etməsi digər həmsədr ölkənin – ABŞ-ın təklənməsi və bölgəyə müdaxilə imkanlarının zəifləməsi ilə nəticələnir;

Bu baxımdan, Fransanın görüşü Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik”.

Ekspert, həmçinin bildirib ki, Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar da bu fikri önə çıxarır:

"Mişel və Makronun birgə bəyanatında: Minsk qrupuna istinad edilmir; "Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur, ümumiyyətlə Qarabağın adı çəkilmir – Bu o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb və  Fransa Minsk qrupunun həmsədri olaraq postmünaqişə dövrünün reallığını qəbul edir. Bu, Bakının (həm də Moskvanın) Minsk qrupuna təqdim etdiyi postmünaqişə dövrünə dair fəaliyyət istiqamətinin Paris tərəfindən də qəbul edilməsi deməkdir. Nəhayət, görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib:

- Brüssel görüşündə əldə olunan razılaşmaların icrası;

- Kommunikasiyaların açılması;

- Sərhədin delimitasiya və demarkasiyanın həyata keçirilməsi;

- Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların başlanması və s;

Beləliklə, geosiyasi proseslərin yaratdığı mövcud şərtlərdə Bakının müharibədən sonra irəli sürdüyü gündəliyin Qərbdə də qəbul edilməsi prosesi sürətlənir”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR