Logo

Azərbaycan və İran rəsmisinin görüşündə nələr müzakirə edilib? - Deputatdan AÇIQLAMA

Azərbaycan və İran rəsmisinin görüşündə nələr müzakirə edilib? - Deputatdan AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin Çoxtərəfli və Beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin rəhbəri Ələvi Səbzivari ilə görüşüb.

Maraqlıdır, səfirin XİN rəsmisi ilə görüşündə hansı məsələlər müzakirə mövzusu ola bilər?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavid Osmanov Azərbaycan və İran rəsmisi arasında baş tutan görüşdə "3+3" platformasının reallaşdırılması üçün müzakirələrin aparıldığını bildirib:

"Məlum olduğu kimi, İranla Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin başlanğıcı qoyulub. Bu mərhələ  dostluq və mehriban qonşuluq xətti üzərində qurulmaqdadır. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun şücaəti ilə  işğalda olan torpaqlarımız azad edildi və ərazi bütövlüyümüz bərpa olundu. Bununla da ölkədə, regionda yeni reallıqlar yaranıb. Bu reallıqlardan irəli gələrək yeni əməkdaşlıq platformaları yaranmaqdadır.

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İran Xarici İşlər Nazirliyinin rəsmisinin görüşündə də yeni əməkdaşlıq platformalarının qurulması məsələsi müzakirə mövzusu ola bilər. Eyni zamanda danışıqlar masasında "3+3" əməkdaşlıq platformasının reallaşdırılması istiqamətində addımların atılmasının müzakirə edildiyini düşünürəm. Bundan başqa tərəflər arasında nəqliyyat və logistika istiqamətləri üzrə danışıqların olduğunu ehtimal etmək olar", - deyə millət vəkili qeyd edib.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR