Logo

Xoşqədəmin verilişində polis tərəfindən saxlanılan Əfsanə ilə bağlı psixoloq rəyi: “Şou idi...”

Xoşqədəmin verilişində polis tərəfindən saxlanılan Əfsanə ilə bağlı psixoloq rəyi: “Şou idi...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycanda canlı efirdə 1 il 9 ay əvvəl törədilən cinayətin üstü açılıb.

Belə ki, ARB TV-də yayımlanan "Səni axtarıram” verilişində Əfsanə adlı gəlin qayınanasını qətlə yetirdiyini deyib. Veriliş zamanı qadının cinayəti rahatlıqla etiraf etməsi və polislər tərəfindən saxlanılarkən təmkinli olması isə sosial şəbəkələrdə birmənalı qarşılanmayaraq, müzakirə obyektinə çevrilib.

Sözügedən hadisə ilə bağlı Sfera.az-a danışan psixoloq Aytən Ələkbərova Əfsanənin rahatlıqla davranmasının arxasında gizli məqamların olduğunu deyib:

"Qadın veriliş əsnasında çox rahat davranırdı və bunun arxasında müəyyən məqamlar var. Elə rahatlıqla deyir ki, həbsxanadan çıxacaq və övladıları ilə görüşəcək. Halbuki elə cinayətlərdə uşaqlar çox vaxt ananı bağışlamırlar. Qadının çıxışında vurğu var idi, burada gizli məqamlar var. Mən özüm də sosial verilişdə iştirak edirəm. Bu kimi insanlarla tez-tez rastlaşıram”.

Psixoloq cinayəti törədən qadının çox asanlıqla müəyyən edilə bilməsinin mümkün olduğunu deyərək, baş verənləri şou kimi xarakterizə edib:

"Əfsanə 14 yaşında zəkasının inkişaf etmədiyi bir vaxtda ailə həyatı qurub. Onun peşəkar istintaqçılar tərəfindən danışdırılması, cinayətin üstünün açılması sadə məsələdir, lakin o verilişdə danışmağı seçdi. Bütün bu olanlar sadəcə şou xarakteri daşıyırdı və Əfsanənin rahat olması hansısa gizli məqama bağlıdır”.

Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR