Logo

“Regional “oyun lövhəsində” mühüm damada dayanan Türkiyə…” – Akar Zakir Həsənovla nələri müzakirə edəcək?

“Regional “oyun lövhəsində” mühüm damada dayanan Türkiyə…” – Akar Zakir Həsənovla nələri müzakirə edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfəri gözlənilir. Azərbaycan Müdafiə Nazirliyinin səfərə dair açıqlamasında məlumat hərbi sistemin qaydalarına uyğun olaraq çox məhdud məzmunda olsa da, səfəri zəruri edən amillərə toxunmaq üçün geniş əsaslar var”.

Sfera.az xəbər verir ki, bunu siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov deyib.

Onun sözlərinə görə, cənab nazirin səfəri son zamanlar MDB məkanında cərəyan edən hadisələr, eləcə də Ukrayna böhranı fonunda Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq prioritetlərini yeni müstəviyə daşımağa hesablanıb: "Regional "oyun lövhəsində” mühüm damada dayanan Türkiyə həssas sitiuasiyanın miqyasının böyüməsi səbəbilə strateji dəqiqləşdirmələrə ehtiyac duyur və bunun üçün strateji müttəfiqi olan Azərbaycanın da təkliflər paketini dinləmək istəyir. Zakir Həsənovun türkiyəli həmkarı Hulusi Akarla görüşündə Türkiyənin Azərbaycana silah ixracının həcmini genişləndirmək üçün müzakirələr aparacağı istisna deyil.

Türkiyənin Cənubi Qafqazda hərbi iştirak səviyyəsini artırmaq, Azərbaycandakı Türkiyə Xidmət Qrupu Komandanlığının fəaliyyətini genişləndirmək, bunun regional təhlükəsizliyin perspektivinə faydaları məsələləri də nazirlərin gündəliyində olacaq”.

Ekspert hesab edir ki, bura kəşfiyyat məlumatlarının mübadiləsindən tutmuş, digər koordinasiyalı işlər daxildir:

"Təhlükəsizliyin konfiqurasiyası birgə hərbi təlimlərin intensivliyini aktual edir, bu mənada Akar-Həsənov görüşündə həmin təlimlərin proqramı və ona mahiyyətcə yeni xarakter verilməsi məsələsi, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Gürcüstan perspektiv birgə hərbi təlimləri müzakirə olunacaq. Müdafiə nazirləri Ağdamdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini də müzakirə edəcək. Zakir Həsənov Mərkəzin bir illik fəaliyyətinə dair məlumatları (30 yanvar 2021-ci il tarixdə açılışı olub) cənab Akardan alacaq və koordinasiyanın güclənməsi məsələləri müzakirə olunacaq.

Azərbaycan və Türkiyənin Ermənistanla münasibətlərinin normallaşması prosesi də nazirlərin müzakirə masasına qoyulacaq. Nazirlər Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam edəcəyi təqdirdə, Bakı-Ankara hərbi planının ümumi ştrixlərini müzakirə predmetinə gətirəcək”.

Turan Rzayev

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR