Logo

Kritik dövr yaxınlaşır: Zelenski ABŞ-a, yoxsa Rusiyaya səfər edəcək?

Kritik dövr yaxınlaşır: Zelenski ABŞ-a, yoxsa Rusiyaya səfər edəcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qərb son vaxtlar Rusiya-Ukrayna proseslərinə aydın müdaxilə gedir, ard-arda xəbərdarlıqlar səsləndirir. Hətta ABŞ qoşunlarının şərqi Avropaya yerləşməsi ilə bağlı məlumatlar da var”.

Bunu Sfera.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov deyib. O bildirib ki, bütün bunlar Kremli narahat edir və  Moskva artıq Vaşinqtonu düşmən kimi təqdim etməyə çalışır.

Müsahibimiz ötən günlərdə Rusiya Xarici İşlər naziri Lavrovun verdiyi açıqlamaya da diqqət çəkib:

"Onun açıqlamasında diqqətçəkən məqam Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyaya dəvət etməsidir. O bildirib ki, Zelenski istəsə Moskvaya, Soçiyə və ya Sankt- Peterburq gələ bilər. Nazir ikitərəfli münasibətləri müzakirə etməyə hazır olduğunu söyləyib. Çünki Rusiya hansısa vasitəçiyə ehtiyac duymur. Əksinə, Moskva çalışır ki, Vaşinqtonun təsir imkanları minimum olsun. Bu məqsədlə də məsələni Ukrayna ilə öz arasında həll etmək niyyətindədir. Əslində konfliktin diplomatik yolla həlli Zelenskinin də maraqlarına uyğundur. Odur ki, prezidentin təklifi qəbul edərək, Rusiyaya gedəcəyini düşünmək olar”.

K.Novruzov Zelenskinin tələsməyəcəyini də vurğulayıb:

"Əvvəlcə Qərb dövlətləri, xüsusilə ABŞ-la müzakirələr ola bilər. Çox güman, fevralın 7-8-də Fransa  və Almaniya xarici işlər nazirləri - Jan-İv Le Drianla Annalena Burbokun  Kiyevə səfəri zamanı da bu məsələ müzakirə olunacaq. Zelenskinin Rusiyaya getməzdən əvvəl ABŞ dövlət başçısı Cozef Baydenlə telefon danışığı və ya Amerikaya səfəri də gözləniləndir.  ABŞ çalışacaq ki, Ukrayna Rusiyada hücum mövqeyində olsun. Bunun üçün çox güman, bəyanatlar, xəbərdarlıqlar hələlik səngiməyəcək. Zelenski Rusiyada elə "kartlar aça bilər" ki, bu, hər üç tərəfin - həm Moskvanın, həm Kiyevin, həm də Vaşinqtonun maraqlarına uyğun olsun. Hər halda, indi müharibə arzuolunan deyil.  Bu mənada, çox güman, Putinlə Zelenski arasında görüş olacaq və bu,  böhranlı vəziyyəti qismən də olsa, yumşaldacaq”.

Günay Rəsulqızı

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR