Logo

Dini ələ salmaq hüquqi məsuliyyət yaradırmı? – Hüquqşünas rəyi

Dini ələ salmaq hüquqi məsuliyyət yaradırmı? – Hüquqşünas rəyi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"3 gündür dindarlar mənə yazır ki, demisiniz ki, dini ələ salmaq məsxərəyə qoymaq qanun pozuntusu deyil. Məndən hesab soruşurlar ki siz belə şey demisiniz ya yox?”.
 
Sfera.az xəbər verir ki, bunu öz feysbuk səhifəsində hüquqşünas Fərhad Mehdiyev yazıb. Hüquqşünas dinlə bağlı istehzalı yazıların hüquqi məsuliyyət yaradıb-yaratmadığına aydınlıq gətirib:
 
"Dinlə bağlı istehzalı yazmağın hüquqi qiymətləndirilməsi belədir, təkrarlaya bilərəm:
 
1. İctimai qaydanı pozma ehtimalı olmayan, cəmiyyətdə iğtişaş yaratma potensialına sahib olmayan istehzalı (mizahlı) fikirlər istərsə din, istərsə də ateizm haqqında demək qanunidir, və ifadə azadlığın bir tələbidir. İzahatlı misallar verəcəm:
 

a) Allah, Peyğəmbər və dini müqəddəsat haqqında yüngül mizaha dövlət göz yummalıdır. Tənqiddən və təhqirdən, ümumiyyətlə bəhs eləmirəm, tənqid hər bir halda olar, təhqir isə böyük ehtimalla qanunsuz olar.

b) dini mərasim və praktikalar haqqında mizahlı fikirlər demək isə xeyli sərbəstdir.

c) konkret canlı dindar ya da ateist haqqında istehzalı danışmaq qanunsuz olar, şəxsi həyata müdaxilə və ləyaqətin alçaldılması kimi çıxış edə bilər”.
 
Hüquqşünas istər müsəlmanlar, istərsə də ateistlər üçün hüquqi məsuliyyət yaratmayan istehza nümunələrini də göstərib:
 
"Məsələn, "müsəlmanlar toyuq dən yeyən kimi namaz qılır” demək istehzalı fikir olmaqla bərabər, qanunsuz deyil.  "Ateistlər Allaha inanmamaqla başlarını quma soxan dəvəquşuna oxşayır” demək də qanunsuz deyil. Müasir dövlətin məqsədi bir tərəfdən ictimai qaydanı qorumaq, digər tərəfdən də insanlar üçün maksimum azadlıq təmin etməkdir. Hüquq və qanun ancaq ictimai qaydanı pozan ya da başqasının şəxsi həyatına müdaxilə kimi qiymətləndirilən ifadələrə məhdudiyyət qoya bilər. Daha geniş izahatı Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi verir.
 
Dində qeybət eləmək haramdır. Şəxsən özüm axirətə də inanıram, hesab gününə də, odur ki qul haqqına girmək və başqasını az da olsa narahat etmək dərəcəsinə görə haram ya da məkruhdur”.
 
Əzizə Zeynal
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR