Logo

Rusiyada demoqrafik göstərici dəyişir – Doğulanlar az, ölənlər çoxdur...

Rusiyada demoqrafik göstərici dəyişir – Doğulanlar az, ölənlər çoxdur...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyada doğum göstəricisi illər sonra 2.3 faiz azalıb.

Sfera.az xəbər verir ki, Rusiya Federal Statistika Xidmətinin (Rosstat) açıqladığı məlumatlara görə, ölkədə ölüm nisbəti 2021-ci ildə əvvəlki illə müqayisədə 15,1% artaraq 2 milyon 440 min nəfərə çatıb.

Doğulanların sayının 2,3 faiz azalaraq 1 milyon 400 minə çatdığı ölkədə əhalinin sayı Sovet İttifaqının dağılmasından sonra ilk dəfə ötən il 1 milyon 40 min nəfər azalıb.

2021-ci ilin sonuna qədər Rusiya əhalisinin sayı 145,5 milyon nəfərə qədər azaldığı halda, ölkədə nikahların sayı 2020-ci ilə nisbətən ötən il 923 mindən 770 minə qədər azalıb, boşanmaların sayı isə 564 mindən 644 minə yüksəlib.

Rusiyada rəsmi rəqəmlərə görə, pandemiya səbəbindən indiyədək 330 min 111 nəfər ölüb.
 
Mütəxəssislər xəbərdarlıq edir ki, Rusiyaya mühacir axını da azalıb və bu vəziyyət ölkədə uzun müddət aşağı doğum göstəriciləri ilə birləşərək yeni demoqrafik problemə yol aça bilər.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR