Logo

Kəbənin onlayn ziyarət edilməsi doğrudurmu? – Din xadimindən açıqlama

Kəbənin onlayn ziyarət edilməsi doğrudurmu? – Din xadimindən açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milyonlarla müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metakainat üçün açılıb. Belə ki, Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə daxil edib.

Bundan sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd daşını (qara daş) görüb ona toxuna biləcəklər.

Maraqlıdır, bu şəkildə onlayn ziyarət nə dərəcədə doğrudur və İslamın beş şərtindən biri olan ziyarəti bu şəkildə gerçəkləşdirmək mümkündürmü?

Məsələ ilə bağlı "Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov Sfera.az-a açıqlamasında onlayn qaydada ziyarətin dini baxımdan düzgün olmadığını bildirib: "Təbii ki, bu qaydada ziyarət etmək İslamın buyurduğu beş şərtdən birini ödəməyəcək. Bu layihə sadəcə olaraq, həmin məkanlarla maraqlananalar üçün faydalı olacaq. Şəri cəhətdən onlayn qaydada ziyarət olmur”.

H.Qamət onlayn şəkildə nəzirlərin yığılması ilə əlaqədar qurulan sistemdən də danışıb:

"Nəzir, sədəqənin verilməsinin onlayn qaydada həyata keçirilməsi yaxşı addımdır. Lakin insanlar bu sistemə etibar etməlidir. Bu məsələyə dövlət səviyyəsində ciddi yanaşılmayıb. Yaşat Fondu yığılan vəsaitin kimlərə və nəyə xərcləndiyini göstərdiyi kimi, bu sistem də göstərməlidir ki, toplanılan vəsaitlərlə kimlərə yardım edildi. İnsanlar görsə ki, yığılan pulla kiməsə ev tikildi, hansısa şəxsin əməliyyat xərci qarşılandı, o zaman onlar da onlayn ödəniş etməyə meyilli olacaqlar. Hər şeydən öncə etimadı qazanmaq lazımdır”.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR